36 baxış
Bu yazını paylaşın
Siyasi

İl ərzində Milli Məclisdə 320 qanun və qərara baxılıb

30 Dekabr 2022

Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 206 qanun və qərar qəbul edilib.

TELEJURNAL xəbər verir ki, bu sözləri parlamentin sədri Sahibə Qafarova payız sessiyasının son iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdirilib. Ümumilikdə bu il ərzində 37 plenar iclas keçirilib, 320 qanun və qərara baxılıb. Qanun yaradıcılığı işinin inkişaf etdirilməsi üçün ictimai dinləmə formatı genişləndirilib. Bununla əlaqədar olaraq Milli Məclisdə 10 dinləmə keçirilib.

“O cümlədən Xocalı soyqırımının 30 illiyi, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatları qəbul edilib. Fransa Senatının hər iki palatasının qəbul etdiyi qətnamələrə Milli Məclis etirazını bildirib. Xarici ölkələrin parlamentlərinə və çoxsaylı beynəlxalq təşkilatlara Milli Məclis tərəfindən məktublar göndərilib”, – deyə Sahibə Qafarova qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…