46 baxış
Bu yazını paylaşın
İqtisadi

İkinci qrant müsabiqəsinə 200 müraciət daxil olub

22 Dekabr 2021

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu başa çatıb.

‘TELEJURNAL’ KOBİA-dan AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, ümumilikdə müsabiqəyə 200 müraciət daxil olub. KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü isə orta sahibkarlıq subyektlərinə məxsusdur. Təqdim olunmuş layihələrin əksəriyyəti dəstək sahəsi üzrədir. Hazırda layihələr Ekspertlər Komissiyası tərəfindən qiymətləndirilir. Nəticələr fevralın 10-dan sonra KOBİA-nın www.smb.gov.az saytı vasitəsilə açıqlanacaq. Maliyyələşdirilməsi barədə müsbət qərar qəbul olunacaq layihələrin hər birinə 20 min manata qədər vəsait ayrılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə 2021-ci ildən başlanılıb. Bu məqsədlə keçirilmiş ilk qrant müsabiqəsi çərçivəsində KOB subyektlərinin 15 layihəsi maliyyələşdirilib. Dəstək mexanizmi barədə ətraflı məlumatla bu linkdən – https://bit.ly/3mjXLsa tanış ola bilərsiniz.

https://azertag.az/xeber/Ikinci_qrant_musabiqesine_200_muraciet_daxil_olub-1958108

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…