53 baxış
Bu yazını paylaşın
Dünya

İİTKM-də İsrail səfirliyinin nümayəndələri ilə görüş olub

13 Noyabr 2020
İİTKM-də İsrail səfirliyinin nümayəndələri ilə görüş olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peerin rəhbərlik etdiyi heyətlə görüş keçirilib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir.

Məlumata görə, səfirliyin nümayəndələrinə İİTKM-in innovativ layihələri, o cümlədən Azexport.az portalı, “EnterpriseAzerbaija”n portalı, Rəqəmsal Ticarət Qovşağı, Azerp.com portalı və digər layihələr təqdim olunub.

Görüş zamanı İsrail rezidentlərinin Rəqəmsal Ticarət Qovşağı (RTQ) üzərindən Azərbaycana sərmayə yatırması imkanları haqqında danışılıb. Eyni zamanda yerli məhsulları dünya bazarına çıxaran Azexport.az portalı ilə İsrailin e-ticarət platformalarının əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin EnterpriseAzerbaijan portalında olan startapların İsrail investorlarına təqdim olunması barədə razılıq əldə olunub.

İİTKM ilə İsrailin beyin mərkəzləri arasında əməkdaşlıq və bir sıra digər maraq doğuran məsələlər müzakirə olunub. Daha sonra səfirliyin nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olub. Onlara “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlara təqdim olunan xidmətlər barədə məlumat verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…