18 baxış
Bu yazını paylaşın
İdman

III Avropa Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıb

04 İyul 2023

Polşada keçirilən III Avropa Oyunlarında uğurla çıxış etmiş Azərbaycan idman nümayəndə heyətinin sonuncu qrupu xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb.

Telejurnal-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə idmançıların yaxınları, Gənclər və İdman Nazirliyinin əməkdaşları, federasiya rəsmiləri, azarkeşlər, idman ictimaiyyəti, media mənsubları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onlar arasında medal qazanan idmançılar da var.

Avropa Oyunlarında Azərbaycanı 86 idmançı 13 növdə təmsil edib.

Azərbaycan idmançıları III Avropa Oyunlarını 11 medalla başa vurub. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komanda ümumi hesabda isə 24-cü yeri tutub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…