87 baxış
Bu yazını paylaşın
Siyasi

İğdırda Azərbaycana dəstək aksiyası təşkil edildi

01 Oktyabr 2020

Türkiyənin İğdır şəhərində Ermənistanın son hərbi təxribatına etiraz və Azərbaycan dövlətinə dəstək aksiyası keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma ve Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evi Dərnəyinin təşkil etdiyi birgə tədbir Ermənilər tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi önündə gerçəkləşdirilib.

“Azərbaycan yalnız deyil” şüarı ilə baş tutan tədbirdə vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. Tədbirdə İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma ve Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal çıxış ediblər.

Ermənistanın terrorçu dövlət olduğunu xatırladan natiqlər bildiriblər ki, Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır, İğdırın vətəndaş cəmiyyəti də Azərbaycanın, yalnız olmadığı ismarıcını vermək üçün bir araya gəlib.

“Ermənistan qanunlara məhəl qoymayaraq mülki əhaliyə hücum edir və tez-tez atəşkəs rejimini pozur. ATƏT-in Minsk qrupu problemi həll edə bilmir. Qarabağ Azərbaycan torpağıdır və belə də qalacaq. Azərbaycanın yanındayiq və yanında olmağa da davam edəcəyik. Azərbaycan erməni təxribatlarına lazımi cavabı verir. Təcavüzkar Ermənistanı qınayırıq”.

Tədbir iştirakçıları bu bəyanatı dəstəklədiklərini bildiriblər və Azərbaycanı yalnız buraxmayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…