22 baxış
Bu yazını paylaşın
Siyasi

İƏT-də Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

24 Fevral 2022

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib.

“TELEJURNAL” “Report”-a istinadən xəbər verir ki, bu barədə İƏT-in bəyanatında deyilir.

“Azərbaycan Respublikasının Xocalı şəhərində törədilmiş soyqırımın 30-cu ildönümü münasibətilə İƏT Baş katibi Hiseyn Brahim Taha 1992-ci ildə baş vermiş vəhşiliyin qurbanlarının xatirəsini yad edib” – bəyanatda qeyd olunub.

İƏT Baş katibi Xocalı hadisələrinin Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğal etməsinin nəticəsində baş verdiyini bir daha qeyd edib. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam sammitinin 12-ci sessiyasında qəbul edilmiş Yekun kommunikeyə (17-ci bənd) və 2020-ci ildə Niame şəhərində keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı 51/47-POL saylı Qətnaməyə istinad edib. Bu sənədlərdə işğal edilmiş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlər hərbi cinayət, bəşəriyyətə qarşı cinayət və milli və beynəlxalq səviyyələrdə soyqırım kimi qəbul edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…