21 baxış
Bu yazını paylaşın
Siyasi

İƏT Baş katibinin yardımçısı Prezident İlham Əliyevə minnətdarlığını bildirib

02 Mart 2023

“Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində pandemiya çağırışlarına qarşı mübarizədə göstərdiyi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

TELEJURNAL xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə yardımçısı Yussef Aldobey Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan İƏT-nin üzvüdür və ölkənin bu təşkilatla əməkdaşlığı çox müsbət qiymətləndirilir.

“İƏT ölkələri pandemiyanın ağır çağırışlarına hazır deyildilər və bu da özünü ölkələrimizin iqtisadiyyatına mənfi təsirdə göstərdi. Bütün bunlara baxmayaraq, inkişaf etməkdə olan ölkələr pandemiya ilə mübarizə üçün səylər göstərdilər və tədbirlər gördülər”, – Y.Aldobey söyləyib.

Natiq gündəlikdəki aktual məsələlərin müzakirəsi üçün imkan yaradan platforma kimi bugünkü Bakı sammitinin əhəmiyyətini vurğulayıb.

“Belə mühüm təşəbbüslərin həyata keçirilməsinə görə İƏT adından Azərbaycana təşəkkür edirik”, – o, fikrini yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…