208 baxış
Bu yazını paylaşın
İctimai

“İdeyadan biznesə” düşərgəsi başa çatıb

27 Avqust 2022

Avqustun 22-26-da “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yay Fest”in “İdeyadan biznesə” düşərgəsi başa çatıb.

 

“TELEJURNAL.AZ” xəbər verir ki, düşərgəyə respublikanın paytaxt və regionlardan innovasiyalar, texnoloji yeniliklər və startaplara maraq göstərən 220-dən çox gənc qatılıb.

 

Düşərgə müddətində iştirakçılar üçün innovasiya və startap təfəkkürü, startap komandalarının formalaşdırılması, startapların təqdim edilməsi və digər mövzularda təlimlər, seminarlar, təqdimatlar, hakatonlar, müxtəlif sahələri təmsil edən mütəxəssislərin iştirakı ilə ustad dərsləri keçirilib. İştirakçılar aqrotexnologiyalar, yaradıcı sənaye, elm və təhsil, turizm, sosial innovasiyalar, media texnologiyaları üzrə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Medianın İnkişafı Agentliyinin mütəxəssisləri tərəfindən məlumatlandırılıb. Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də innovasiyaların inkişafına dəstək göstərən digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə “Startaplara dövlət dəstəyi” mövzusunda açıq müzakirələr keçirilib.

 

Düşərgənin daha maraqlı və yaddaqalan olması, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə müxtəlif intellektual, əyləncəli yarışlar, idman oyunları, müsabiqələr, yaradıcılıq gecələri, konsert proqramları, eləcə də gəzintilər təşkil edilib.

 

Xatırladaq ki, “İdeyadan biznesə” düşərgəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra edilən “Yay Fest – Azərbaycan Gənclər Festivalı” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) eyniadlı layihəsi əsasında keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsində dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, paytaxt və regionlarda innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…