71 baxış
Bu yazını paylaşın
Siyasi

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlarla toplantı keçirilib

29 Aprel 2022

Aprelin 29-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlarla toplantı keçirilib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, toplantıda birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri, hərbi psixoloqlar, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantı iştirakçıları ilə görüşüb.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları toplantı iştirakçılarının diqqətinə çatdırıb. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldiyini qeyd edib.
Azərbaycan Ordusunda hərbi intizamın yüksəldilməsi məqsədilə görülən işləri müsbət qiymətləndirən nazir ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqların bu sahədə üzərilərinə düşən vəzifələrindən danışıb.
Müdafiə naziri şəxsi heyət arasında tərbiyə işində fərdi yanaşma metoduna üstünlük verilməsinin əhəmiyyətini, eləcə də qarşılıqlı münasibətlərin qurulmasında nizamnamələrin tələblərinə ciddi əməl edilməsini xüsusi vurğulayıb.
Hərbi kollektivlərdə sağlam mühitin formalaşmasında ictimai-siyasi və fiziki hazırlıq üzrə məşğələlərin rolundan söz açan general-polkovnik Zakir Həsənov funksional vəzifələrin icrası zamanı şəxsi nümunə və məsuliyyət bölgüsü amillərinə üstünlük verilməsini tövsiyə edib.
Sonra müdafiə naziri tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı konkret göstərişlər verib.
Toplantıda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına, vətənpərvərlik hissinə təsir edən bir çox mövzular ətrafında fikir mübadiləsi aparılıb, mühazirələr dinlənilib və maraq doğuran suallar cavablandırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…