30 baxış
Bu yazını paylaşın
İctimai

İdarə müdiri: “Nümunəvi şagird qaydaları pilot layihə şəklində Bakıdakı 62 məktəbdə tədbiq olunub”

12 İyun 2023

“Nümunəvi şagird qaydaları pilot layihə şəklində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 62 məktəbdə tədbiq olunub”.

Telejurnal  xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gedişatla bağlı mütəmadi şəkildə monitorinqlər aparılıb, müzakirələr keçirilib: “Son nəticələrlə əlaqəli təhlillərin aparılması və buna müvafiq olaraq qaydalarda əlavə və dəyişikliklərin edilməsi yay ərəfəsində olacaq, eləcə də bütün məktəblərə şamil ediləcək. Ümumilikdə pilot məktəblərdən qaydalarla bağlı geridönüşlər müsbətdir. Hesab edirik ki, yeni qaydaların tətbiqinin təsiri yaxşı olacaq”.

O, yay məktəbləri ilə bağlı hələlik müvafiq əmrin olmadığını söyləyib.

M.Vəliyeva növbəti tədris ilindən 6-cı siniflərdə yeni təbiət fənninin tədrisinə gəlincə isə deyib ki, müəyyən fənlərin inteqrasiya məsələsi bütün dünyada mövcuddur:

“Əgər Elm və Təhsil Nazirliyi bu istiqamətdə addımlar atırsa, bunlar təhlil olunur, tədqiqat işləri aparılır və buna uyğun olaraq gələcəyi nəzərdə tutub qərar verirlər. Hansı addımlar atılırsa, buna elmi və tədqiqatyönümlü yanaşma var. Düşünmürəm ki, burada mənfi təsir ola bilər”.

Qeyd edək ki, 6-cı siniflərdə biologiya və fiziki fənni ayrılıqda keçirilməyəcək. Onun əvəzində təbiət fənni dərsliyi olacaq. Hər iki fənn orada cəmləşəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…