20 baxış
Bu yazını paylaşın
İctimai

İctimaiyyət nümayəndələri sertifikatlaşdırma imtahanlarını izləyib

20 İyun 2023

Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 20-də imtahanların keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.

 

“Telejurnal” xəbər verir ki, bu gün ilk olaraq ibtidai sinif müəllimləri üçün sertifikatlaşdırma imtahanları keçirilir.

 

20 000-ə yaxın ibtidai sinif müəllimi 20-23 iyun tarixlərində imtahana cəlb olunacaq.

İyunun 24-də isə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi üçün test imtahanları keçiriləcək.

 

Mediaturda iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir və sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə, bacarıq sərgiləyirlər.

Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir. Test imtahanları ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…