50 baxış
Bu yazını paylaşın
İqtisadi

İctimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən şirkətlərə vergi güzəştləri təklif olunur

30 Noyabr 2021

Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisdə müzakirə edilir.

‘TELEJURNAL’ Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, qanunvericiliyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi və digər istiqamətləri əhatə edir.

Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, Dövlət Vergi Xidməti təklif olunan bəzi dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə çatdırır.

Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri korporativ sosial məsuliyyət çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, 2019-cu il yanvarın 1-dən başlayaraq vergiödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır.

Qeyd olunub ki, Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə müharibədə şəhid olmuş və yaralanmış şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılıb. Bu məqsədlə 2021-ci ilin yanvarın 1-dən vergiödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 2021-ci il yanvarın 1-dən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.

https://azertag.az/xeber/Ictimai_ve_sosial_meqsedler_uchun_yaradilmis_fondlara_destek_veren_sirketlere_vergi_guzestleri_teklif_olunur-1938986

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…