23 baxış
Bu yazını paylaşın
İctimai

İctimai iaşə və ticarət obyektlərində 7 573 işçinin tibbi müayinədən keçmədən işlədiyi müəyyən edilib

16 Sentyabr 2022

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qida təhlükəsizliyi tələblərinə uyğun olaraq, qida sahəsində fəaliyyət göstərən müəssisələrdə sanitar-gigiyenik vəziyyətin yoxlanılması, həmçinin vətəndaşların sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi ilə bağlı zəruri tədbirlər görülür.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, AQTA-dan bildirilib ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir.

Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Eyni zamanda xəstəlik daşıyıcılarından qida vasitəsilə bir sıra dəri və yoluxucu xəstəliklər ötürülə bilər. Bununla əlaqədar qeyd olunan müəssisələrdə bütün işçilərin işə qəbul olunmazdan əvvəl ilkin və ildə bir dəfə dövri tibbi müayinədən keçmələri təmin olunmalıdır.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 2022-ci ilin müvafiq dövrü ərzində AQTA tərəfindən aparılan monitorinqlər zamanı 2 134 ictimai iaşə və ticarət müəssisəsində 7 573 nəfər işçinin tibbi müayinədən keçmədən işlədiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, məsul şəxslərə dəfələrlə xəbərdarlıq olunaraq icrası məcburi göstərişlər verilsə də, həmin subyektlərin bəziləri tərəfindən nöqsanların aradan qaldırılmadığı, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmadıqları məlum olub. Bu da nəticədə AQTA tərəfindən aparılan planlı və plandankənar yoxlamalar zamanı 29 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 106 nəfərin tibbi müayinədən keçərək sağlamlıq arayışını təqdim edənədək müvəqqəti kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarların qəbul edilməsinə səbəb olub:

Subyektin adı Keçirilən yoxlamanın növü Regional bölmə Fəaliyyət sahəsi Tətbiq olunan məhdudlaşdırıcı qərarın növü
1 Əliyev Kamil Kəniş oğlu Plandankənar Gəncə RB Ət satışı Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
2 Muradov Pərviz Rafiq oğlu Planlı Bərdə RB “Qar-Qar” kafesi Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
3 Aslanov Həzi Əfqan oğlu Plandankənar Bərdə RB Un dəyirmanı Obliqat qrupuna daxil olan 3 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
4 Quliyev Nizami Hilal oğlu Planlı Bərdə RB “Mirvari” kafesi Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
5 Nadirov Orxan Asif oğlu Planlı Bərdə RB Ət satışı Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
6 Quliyev Çərkəz İlham oğlu Planlı Bərdə RB Ət satışı Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
7 “Sünbül-2012” MMC Planı Salyan RB Çörək sexi Obliqat qrupuna daxil olan 21 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
8 İslamov Məhəmməd Mehralı oğlu Planlı Şamaxı RB Ət satışı Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
9 Şıxıyev Fərhad Sabir oğlu Planlı Şamaxı RB Yeməkxana Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
10 Məmmədova Dinarə Yaqub qızı Planlı Şamaxı RB Ərzaq mağazası Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
11 Nuriyeva Lalə Allahşükür qızı Planlı Şamaxı RB Ərzaq mağazası Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
12 Mirzəliyev Ceyhun Firidun oğlu Planlı Şamaxı RB Ərzaq mağazası Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
13 Xəlilov Ağatalıb Nəcəfqulu oğlu Planlı Xaçmaz RB “Məst Dərgah” restoranı Obliqat qrupuna daxil olan 14 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
14 Əlimuradov İntiqam Qənbər oğlu Planlı Xaçmaz RB “Aynur Piknik” restoranı Obliqat qrupuna daxil olan 7 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
15 Daşdəmirov Çingiz Fərrux oğlu Planlı Şəki RB “Saf Su” restoranı Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
16 Salamov Əhməd Teymur oğlu Planlı Şəki RB “Əhməd Haradadır” restoranı Obliqat qrupuna daxil olan 8 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
17 Dünyamalıyev Nizami Xəlil oğlu Planlı Şəki RB “Şəki Dastan” restoranı Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
18 Səmədov Etibar Əhliyar oğlu Planlı Şəki RB “Aura” çay evi Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
19 “Baloğlan” MMC Planlı Şəki RB Çörək sexi Obliqat qrupuna daxil olan 3 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
20 Əsgərov Talıb Musa oğlu Planlı Şəki RB İctimai iaşə Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
21 Şəmçiyev Həşim Cabbar oğlu Planlı Şəki RB “Qədim Nuxa” restoranı Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
22 Məmmədov Pərviz Əli oğlu Planlı Şəki RB İctimai iaşə Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
23 Cananov Mirdamət Sərdar oğlu Planlı Şəki RB Çörək sexi Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
24 Abdullayev Ağasəf Mösüm oğlu Planlı Şəki RB “Samir” restoranı Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
25 Qəhrəmanov Kamil Məhəmmədiyə oğlu Planlı Şəki RB “Dondurma” kafesi Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
26 Muxtarov Elvin Aydın oğlu Planlı Sumqayıt RB “Royal Castle” restoranı Obliqat qrupuna daxil olan 8 nəfər işçinin müvəqqqəti kənarlaşdırılması
27 “Ukrayna Ticarət Evi” MMC Planlı Sumqayıt RB Topdan satış
(anbar)
Obliqat qrupuna daxil olan 5 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
28 Əliyev İsrail Əli oğlu Planlı Sumqayıt RB Ət dükanı Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması
29 “Aytən” Kiçik Müəssisəsi Planlı Sumqayıt RB “Palma” restoranı Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması

Agentlik bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edərək məsələyə ciddi yanaşmalı və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməlidirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…