120 baxış
Bu yazını paylaşın
Uncategorized

İctimai fəal, QHT sədri, tarixçi Emin Əliyev özünün rəsmi sosial şəbəkə hesablarında təklif etmişdir ki, artıq “Dağlıq Qarabağ” ifadəsi tamamilə dilimizdən çıxardılsın.

12 Noyabr 2020

O qeyd edir ki, “Dağlıq Qarabağ” adı 1923-cü il iyulun 7-də Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması ilə ortaya çıxmışdır.

1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib.

1988-ci ildə Ermənistan və Azərbaycan SSR arasında münaqişəsinin başlanmasının ardından 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı 30 ildən çox davam edən təcavüzkarlıq siyasəti və müharibəsi 10 noyabr 2020-ci ildə Ermənistanın tam məğlubiyyəti və işğalçı ordunun ərazilərimizi birdəfəlik tərk etməsi ilə nəticələnmişdir.
Bütün bunları nəzərə alaraq separatçı bir ifadə olan “Dağlıq Qarabağ” adı tarixin qaranlıqlarına atıldı.
Hesab edirəm ki, 10 noyabr 2020-ci il tarixli zəfər aktı ilə “Dağlıq Qarabağ” separatçı ifadəsi də ləğv edilməli, bütün müstəvilərdə bu addan istifadə qadağan edilməli və bu adın hallanmasından imtina edilməlidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…