33 baxış
Bu yazını paylaşın
Siyasi

ICMP: “Qarşılıqlı anlaşma haqqında Memorandum Azərbaycan ilə əməkdaşlığı möhkəmləndirəcək”

06 Aprel 2022

“İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) Azərbaycanla əməkdaşlıq etməyə və itkin düşmüş şəxslərin axtarışı prosesinə kömək göstərməyə ümidlidir”.

Bu barədə “TELEJURNAL” “Report”a istinadən xəbər verir.

Bildirilib ki, ICMP-nin Baş direktoru xanım Katrin Bombergerin Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə ICMP arasında imzalanmış qarşılıqlı anlaşma haqqında Memorandum Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

“Qarşılıqlı anlaşma haqqında Memorandum Ermənistan və Azərbaycan arasında münaqişə nəticəsində itkin düşmüş şəxslərin müəyyən edilməsi üçün ICMP tərəfindən gələcək dəstək yolunu açacaq”, – təşkilat qeyd edib.

Xatırladaq ki, beynəlxalq hökumətlərarası təşkilat olan ICMP silahlı münaqişələr, insan hüquqlarının pozulması, təbii fəlakətlər və texnogen mənşəli fəlakətlər nəticəsində itkin düşmüş şəxslərin problemləri ilə məşğul olur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…