327 baxış
Bu yazını paylaşın
İctimai

İcma sədri: “Azərbaycanlılar Qərbi Azərbaycandakı doğma yurdlarına qayıtmağa hazırdır”

10 Avqust 2022

“Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması istiqamətində mümkün bütün işlər görülməlidir. Bu işə Azərbaycanda və xarici ölkələrdəki bütün elmi-intellektual potensial və bütün resurslar cəlb olunmalıdır”.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında “Qərbi Azərbaycan İcması”nın sədri, deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin 200 il ərzində Ermənistan tərəfindən Azərbaycan xalqına, mədəni irsinə qarşı törədilən vəhşiliklərə laqeyd yanaşmasının çox sadə bir səbəbi var: “Azərbaycan dünyanın ən qədim dövlətlərindən biridir, bizim beş min illik dövlətçilik təcrübəmiz var və bu ölkə coğrafi baxımdan elə strateji məkanda yerləşir ki, dünyanın bir çox güclü dövlətlərinin bu coğrafiyada siyasi, iqtisadi və hərbi maraqları var. Həmin dövlətlər istəmir ki, Azərbaycan kimi önəmli bir ölkə onların nəzarətindən çıxsın”.

İcma sədri qeyd edib ki, son 200 ildə Qərbi Azərbaycandakı dədə-baba yurdlarından deportasiya olunan azərbaycanlıların geri qayıtmaq hüququ var və bütün beynəlxalq sənədlərdə bu, təsbit olunub: “Bizim işimiz ilk növbədə bu antiinsani siyasətlə bağlı fakt və sənədləri ortaya qoymaqdır və beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Biz bunu edəcəyik. O ki qaldı birgəyaşayışa, məğlub, ağzı-burnu əzilmiş, sınmış və sındırılmış erməni ilə birgə yaşamağa biz hazırıq. Əlbəttə, buna cəsarəti, hünəri varsa, buyursunlar gəlsinlər. Amma biz doğma yurdlarımıza qayıtmağa hazırıq. Biz bilirik ki, Qərbi Azərbaycandakı azərbaycanlı kəndlərinin çoxu boşdur, oralarda insan yaşamır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…