18 baxış
Bu yazını paylaşın
Dünya

ICGB Yunanıstan-Bolqarıstan interkonnektorunun genişləndirilməsi imkanlarını araşdıracaq

04 İyul 2023

Yunanıstan-Bolqarıstan İnterkonnektorun (IGB) ötürücülük qabiliyyətini artırmaq üçün bu qaz nəqli sisteminin operatoru olan ICGB şirkəti bazar tələbinin qiymətləndirilməsi prosesinə başlayır.

Telejurnal operator şirkətə istinadən xəbər verir ki, proses iki əsas mərhələdə həyata keçiriləcək.

Proses Bolqarıstanın “Bulgartransgaz” və Yunanıstanın DESFA qaz nəqli sistemlərinin operatorları, həmçinin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək. Məqsəd, Yunanıstan-Bolqarıstan interkonnektorunun mövcud texniki imkanlarının və onun ötürücülük həcminin artırılmasının zəruriliyinin nə dərəcədə əsaslı olub-olmadığını müəyyən etməkdir.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…