28 baxış
Bu yazını paylaşın
Mədəniyyət

ICESCO və Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişafı müzakirə olunub

22 İyun 2023

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun dəvəti ilə Mərakeş Krallığının Rabat şəhərində səfərdədir.

Bu barədə  Nazirlikdən bildirilib.

Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov da iştirak edib.

Faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanla təşkilat arasında əməkdaşlığın uğurlu olmasında böyük və əvəzolunmaz dəstək göstərən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyini məmnunluqla ifadə edib.

Salim bin Məhəmməd əl-Malik bu əməkdaşlığın bir çox ölkələr üçün uğurlu model ola biləcəyini vurğulayıb, təşkilatın gələcək üçün nəzərdə tutulan əsas strateji istiqamətləri, hazırda həyata keçirilən təşəbbüslər, proqramlar və layihələr barədə məlumat verib. O, innovasiya, təhsil sistemlərinin inkişaf etdirilməsinin, həmçinin birgəyaşayış və sivil dialoq dəyərlərini möhkəmləndirməyin prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Mədəniyyət naziri Adil Kərimli ICESCO-nun Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində strateji tərəfdaşı olduğunu, iki tərəf arasında əlaqələrin Prezident İlham Əliyev və birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən böyük dəstək aldığını qeyd edib. O, Mədəniyyətlərarası Dialoq Forumunda ICESCO-nun əsas tərəfdaş olduğunu qeyd edərək, gələn ilin may ayına planlaşdırılan Forum çərçivəsində də əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ölkəmizlə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən Bakıda ICESCO-nun Regional Ofisinin açılması, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, ICESCO-nun tərəfdaş olduğu “Bakı Prosesi” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ölkəmizin mədəniyyət nümunələrinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi və digər məsələlər müzakirə olunub.

Görüşdən sonra Salim əl-Malik mədəniyyət naziri Adil Kərimlininin başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin yolu” muzeyi ilə tanış edib.

Qeyd edək ki, bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…