89 baxış
Bu yazını paylaşın
İqtisadi

İbrahim Rəisi: İran, Azərbaycan və Türkmənistan arasında qaz tranziti müqaviləsi böyük əhəmiyyət daşıyır

06 Dekabr 2021

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz tranziti ilə əlaqədar imzalanan müqavilə əhəmiyyətli sənəddir.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi dövlət televiziyasına müsahibəsində deyib. O bildirib ki, bu müqavilə İranı regionun qaz tranziti mərkəzində çevirəcək. Bu müqavilə hər üç ölkənin iqtisadi inkişafını sürətləndirəcək.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda imzalanan müqaviləyə əsasən dünya bazarına çıxarılan Türkmənistan qazı Azərbaycana İran ərzisindən idxal olunacaq. Həyata keçiriləcək bu əməliyyat İran üçün olduqca mühüm xarakter daşıyır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın iri qaz yataqları ölkənin cənub rayonlarında yerləşir və ölkənin şimal rayonlarını qazlaşdırmaq çətinlik törədir. Aşqabadda imzalanan müqaviləyə əsasən isə İran tranzit haqqını qaz ilə alacaq və şimal rayonlarını qazlaşdıracaq və bunun üçün əlavə vəsait xərcləməyəcək.

Dekabrın 22-dən başlayaraq İran ərazisindən Azərbaycana 1,5-2 milyard kubmetr qazın ixracına başlanacaq.

https://azertag.az/xeber/Ibrahim_Reisi_Iran_Azerbaycan_ve_Turkmenistan_arasinda_qaz_tranziti_muqavilesi_boyuk_ehemiyyet_dasiyir-1944140

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…