33 baxış
Bu yazını paylaşın
Dünya

İbrahim Kalın: Taxıl dəhlizi ilə yalnız kənd təsərrüfatı məhsulları daşına bilər.

27 İyul 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın taxıl dəhlizi ilə yalnız kənd təsərrüfatı məhsullarının daşınmasına icazə veriləcəyini və buna İstanbulda çərşənbə günü rəsmi olaraq açılacaq Birgə Koordinasiya Mərkəzinin nəzarət edəcəyini bildirib.

TELEJURNAL. az AZƏRTAC -a istinadən xəbər verir ki, İbrahim Kalın Bloomberg agentliyinə müsahibəsində dəhliz vasitəsilə taxıldan başqa digər məhsulların daşınmasına icazə verilməyəcəyini deyib.

Onun sözlərinə görə, taxıl daşıyan gəmilərin Ukrayna limanlarından çıxışı yerli hakimiyyət orqanları tərəfindən tam nəzarətə götürüləcək. Gəmilər Türkiyənin ərazi sularına daxil olduqdan sonra İstanbul yaxınlığında yoxlamadan keçəcək. Analoji prosedur geri qayıdan gəmilər üçün də tətbiq olunacaq. Yoxlamalar Qara dəniz taxıl ixracı müqaviləsi çərçivəsində Birgə Koordinasiya Mərkəzinin dəstəyi ilə türk personalı tərəfindən həyata keçiriləcək.

Türkiyə Prezidentinin nümayəndəsi, həmçinin taxıl sazişinin uğurla həyata keçirilməsinin Ukrayna ilə Rusiya arasında danışıqların bərpasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan digər sənəd isə Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edir. Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan sazişlər dördtərəfli koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur. Mərkəzin nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…