22 baxış
Bu yazını paylaşın
Siyasi

“i24 news” telekanalı Azərbaycan-İsrail münasibətləri barədə reportaj yayımlayıb

09 Dekabr 2022

Ərəb və ingilis dillərində yayımlanan “i24 news” telekanalında Azərbaycan-İsrail münasibətləri haqqında geniş reportaj təqdim edib.

TELEJURNAL xəbər verir ki, Kalif Ben Davidin hazırladığı reportajda rəsmi Bakının Təl-Əvivdə səfirlik açması qərarının ikitərəfli münasibətlərə və regional əməkdaşlığa töhfə olacağı qeyd edilib. Azərbaycan və Türkiyənin İsrail üçün önəmli ölkələr olduğunu vurğulayan aparıcı diqqətə çatdırıb ki, Təl-Əviv bundan sonra Bakı və Ankaranın Yaxın Şərq və Cənubi Qafqaz regionlarında dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində daha fəal rol oynaya bilər.

Reportajda qeyd olunub ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi İsraillə daha sıx əlaqələrin əsas amili olub. Belə ki, 2021-ci ildə İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi, bu ilin əvvəlində isə turizm ofisi açılıb. Eyni zamanda, İslam ölkəsi olan Azərbaycanın səfirliyinin açılması İsrailin ərəb ölkələri ilə münasibətlərinin normallaşması fonunda baş verir və bu, Təl-Əvivin müsəlman aləmi ilə yaxınlaşması prosesini sürətləndirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…