54 baxış
Bu yazını paylaşın
İdman

I Divizionun çempionu “Araz-Naxçıvan”a kubok və medallar təqdim edilib – YENİLƏNİB

23 May 2023

Azərbaycan I Divizionunda “Araz-Naxçıvan” Naxçıvan şəhərinin mərkəzi stadionunda “Zaqatala” komandası ilə qarşılaşıb.

Telejurnal “ın yerli bürosu xəbər verir ki, çempionatın sonuna üç tur qalmış çempionluğunu təmin edən Naxçıvan təmsilçisi “Zaqatala” ilə oyunda ilk hissəni 0:0 hesabı ilə başa vurub.

Oyunun ikinci hissəsində hücumların kəsərini artıran “qırmızı-ağlar” hesabı 2:0 öz xeyirlərinə dəyişiblər. Oyun bu hesabla yekunlaşıb. Qolların müəllifi çempionatın ən sərrast futbolçusu Orxan Əliyev olub. Bununla da “Araz-Naxçıvan” I Divizionda çempionluğunu tam rəsmiləşdirib.

Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və muxtar respublika sakinləri izləyiblər.

Sonda “Araz-Naxçıvan”a doğma meydanda kubok və medallar təqdim edilib.

Ardından stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunub.

17:27

Azərbaycan I Divizionunun qalibi “Araz-Naxçıvan” mövsümün sonuncu – XXX turunda “Zaqatala” komandasını qəbul edir.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda ikinci hissəsi gedən qarşılaşmada hesab açılmayıb.

Matçı izləyənlər arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və AFFA-nın prezidenti Rövnəq Abdullayev də var.

Görüşdən sonra “Araz-Naxçıvan”a doğma meydanında kubok və medallar təqdim ediləcək.

Ardından stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…