25 baxış
Bu yazını paylaşın
İctimai

I Divizionda iştirak üçün 11 meyar müəyyənləşdirilib.

18 İyul 2022

Region Liqası komandalarının I Divizionda çıxış edə bilməsi üçün meyarlar müəyyənləşdirilib.

 TELEJURNAL. az “Report”- a istinadən  xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası siyahını İcraiyyə Komitəsinin iyulun 15-də qəbul etdiyi qərar əsasında tərtib edib.

Meyarlar bunlardır:

1. Klubun Nizamnaməsi;

2. Dövlət Reyestrindən çıxarış;

3. Klubun strukturu;

4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);

5. VÖEN;

6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;

7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;

8. Ən azı 2 dəst oyun formasının maketi;

9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;

10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;

11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.

Müvafiq klublar meyarlar üzrə sənərlərini 25 iyul saat 17:00-dək info@affa.az e-mail ünvanı vasitəsilə AFFA-ya təqdim etməlidirlər.

Qeyd edək ki, İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…