116 baxış
Bu yazını paylaşın
Siyasi

Hüseyn Əmir Abdullahian: Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması İran ilə Azərbaycan arasında münasibətlərin inkişafını göstərir

19 May 2022

Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması İran ilə Azərbaycan arasında münasibətlərin inkişafını göstərir.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə deyib. O bildirib ki, yüksək dövlət nümayəndələrinin qarşılıqlı səfərləri hər iki ölkə prezidentinin əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını göstərir.

Nazir qeyd edib ki, iki dövlət arasındakı ticarət dövriyyəsinin artması, Türkmənistan qazının İran ərazisindən tranzit keçərək Azərbaycana çatdırılması, eləcə də nəqliyyat və enerji sahəsindəki əməkdaşlıq daha dərin iqtisadi əlaqələrin qurulmasına zəmin yaradır. Postpandemiya dövründə iki ölkənin sərhədyanı regionları arasında qarşılıqlı əlaqələrin və gediş-gəlişin asanlaşdırılması da əhəmiyyətlidir. Bu, hər iki ölkənin regionlarının sosial-iqtisadi inkişafı üçün mühüm xarakter daşıyır.

H.Ə.Abdullahian iki qonşu və dost dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edib və nəzərə çatdırıb ki, həm İranın, həm də Azərbaycan Respublikasının daha yaxın iqtisadi əlaqələr qurması üçün böyük potensialları var. Bu potensialdan istifadə etmək lazımdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…