20 baxış
Bu yazını paylaşın
Siyasi

“Hürjet” döyüş təyyarəsinin Türkiyə Ordusuna təhvil veriləcəyi tarix açıqlanıb

28 İyul 2023

“Hürjet” səsdən sürətli döyüş təyyarəsinin 2025-ci ildə istismara daxil olacağını gözləyirik”.

TELEJURNAL  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2023” sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesindəki uğurları gündən-günə artır: “2002-ci ildə bu sahədə fəaliyyət göstərən cəmi 57 şirkətimiz var idi. Bu gün isə şirkətlərin sayı 2 500-ə çatıb”.

Qeyd edək ki, “Hurjet” Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildə Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. “Hurjet” 13,7 min metrə qədər yüksəklikdə uçacaq və 3 000 kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.

Xatırladaq ki, sözügedən texnika bu il ilin aprel ayında ilk uçuşunu həyata keçirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…