24.10.2024 14:22:08
82 baxış
Bu yazını paylaşın
Uncategorized

Hulusi Kılıç: İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

05 Dekabr 2020

Hulusi Kılıç: İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamı Vətən müharibəsində misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədi daşıyır. Zəfər Gününü noyabrın 10-da qeyd etmək Azərbaycanın halal haqqıdır. Lakin Prezident İlham Əliyevin noyabrın 10-nun Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq Zəfər Gününün tarixini dəyişdirməsi olduqca təqdirəlayiq bir addımdır.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında bildirib.

Atatürkün şəxsiyyətinə Azərbaycanda hər zaman ehtiram göstərildiyini söyləyən Hulusi Kılıç deyib ki, ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürk əbədi olaraq insanların qəlbində yaşayan böyük şəxsiyyətlər olub. Hər iki şəxsiyyət Azərbaycan və Türkiyə naminə tarixi missiyalar həyata keçiriblər. Atatürkün Azərbaycan haqqında, Heydər Əliyevin Atatürk barədə dediyi sözlər tarixi əhəmiyyət daşıyır. “Əminəm ki, Prezident İlham Əliyevin bu müdrik qərarı Azərbaycan-Türkiyə münasibətlərini araşdıran tədqiqatçılar üçün də çox yaxşı mövzu olacaq”, – deyə o qeyd edib.

Səfir əminliklə bildirib ki, 8 noyabr – Zəfər Günü Azərbaycanda olduğu kimi, Türkiyədə də şanlı Qələbə tarixi kimi qeyd olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…
Back To Top