67 baxış
Bu yazını paylaşın
Dünya

Hulusi Akar rəsmi İrəvanı ittiham etdi

01 Oktyabr 2020

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəyan edib ki, Qafqazda sülh və sabitliyin əldə olunması üçün Ermənistan Qarabağın işğalına son qoymalıdır.

Böyük Britaniyanın “Britaniya-Türkiyə Anlayış Mərkəzi” tərəfindən təşkil olunan “Dəyişən qlobal və regional təhlükəsizlik mühitində Türkiyə” başlıqlı proqramında çıxışı zamanı Akar Ermənistanın Azərbaycana hücumu haqqında danışıb.

Türkiyə dövlət rəsmisi bildirib ki, son hadisələr bir daha İrəvanın regionda sülh və sabitliyə ən böyük əngəl olduğunu sübut edib.

Nazir qeyd edib ki, Ermənistanın hücumları beynəlxalq hüququn pozulmasıdır və Türkiyə bu hücumları pisləyir: “Qarabağ və ətraf rayonların işğalı Azərbaycanda 1 milyondan çox insanın evlərini tərk etməsinə səbəb olub. Regionda sülh və sabitliyin təmin olunması üçün erməni işğalına son qoyulmalıdır. Türkiyə, xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanla həmrəydir və onu dəstəkləməyə davam edəcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…