47 baxış
Bu yazını paylaşın
Siyasi

Hulusi Akar: “Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır”

11 May 2023

“Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır”.

Telejurnal xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistanın regiondakı yeni reallıqlara uyğun davranması həm bölgə, həm də onların özlərinin xeyrinədir: “Azərbaycanla Türkiyə birgə Ermənistana sülh əlini uzadıb. Ankara və Bakı uzadılan sülh əlinin tutulmasını istəyir. Biz sülh istəyirik. Çünki belə olarsa, yəni Türkiyə, Azərbaycan və Ermənistan arasında sabitlik təmin olunarsa, ardınca Gürcüstan, İran və Rusiya da buraya qoşularsa, Cənubi Qafqazda təhlükəsizlik təmin olunar. Bu, hər kəsin xeyrinədir. Bunu izah etməyə çalışırıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…