22.10.2024 11:40:38
221 baxış
Bu yazını paylaşın
Siyasi

Honduras Prezidenti: Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıyıq

30 Yanvar 2022

Azərbaycanın Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş Prezidenti Sioamara Kastronun andiçmə mərasimində iştirak edib.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Hondurasın paytaxtı Tequsiqalpanın mərkəzi stadionunda keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə iştirak edən diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil edilmiş ziyafət zamanı M.Talıbov Honduras xalqı üçün bu tarixi gündə ilk xanım dövlət başçısı Siomara Kastroya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Honduras Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Prezident S.Kastro hökumətinin Hondurasla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Mərasimdə iştirak edən Hondurasın yeni Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq naziri Eduardo Enrike Reina ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi potensialı müzakirə edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top