218 baxış
Bu yazını paylaşın
Siyasi

“Hökumətin heç bir devalvasiya planı yoxdur”

28 Yanvar 2022

“Birmənalı olaraq demək istəyirəm ki, hökumətin və Mərkəzi Bankın heç bir devalvasiya planı yoxdur”.

“TELEJURNAL” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, yayılan məlumatlar tsiklik şayiələrdən başqa bir şey deyil: “Bu şayiələr bir neçə ayda sonra səngiyib keçir.  Hökumətin və Mərkəzi Bankın belə bir planı yoxdur. Milli valyutanın məzənnəsi sabitdir. Başlıca fokusumuz inflasiyadır və qiymətlərin bərpa olunaraq 4 faiz səviyyəsinə qaytarılmasıdır”.

E. Rüstəmov əlavə edib ki, FED-in uçot dərəcəsi ilə bağlı qərarı bütövlükdə dünya maliyyə bazarlarında problemlər yarada bilər: “O bazarlarda olduqca böyük maliyyə axınları olub. FED-in faiz dərəcəsi ilə bağlı qərarı vəsaitlərin geri axını baş verə bilər. Azərbaycanda isə belə xarakterli axınlar yoxdur. Beləliklə, FED-in qərarının bizə elə də təsiri olmayacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…