103 baxış
Bu yazını paylaşın
Dünya

Hitlerin qol saatı Merilend hərracında 1,1 milyon dollara satılıb

08 Avqust 2022

Merilenddəki hərrac evi vaxtilə Adolf Hitlerə məxsus olmuş qol saatını 1,1 milyon dollara satıb.

TELEJURNL xəbər verir ki, Çesapik-Sitidəki “Alexander Historical Auctions” hərrac evi bu qol saatını “İkinci Dünya müharibəsi dövrünün yadigarı” adlandıraraq eksponata 2-4 milyon dollar qiymət qoyub.

ABŞ mediasından verilən məlumata görə, bu həftə yəhudi təşkilatları və amerikalı ictimaiyyətçilər həmin satışa etiraz edən onun heç bir tarixi dəyərə malik olmadığını bildiriblər. “Alexander Historical Auctions” hərrac evinin prezidenti Bill Panaqopulos hərracın hərəkətini müdafiə edərək bildirib ki, həmin saatı alan şəxs avropalı yəhudidir.

Saat AH insialları və svastika ilə bəzədilib. Hərrac evi bildirib ki, 1945-ci il mayın 4-də müttəfiqlərin qoşun hissələri Berxteskadendə Hitlerin iqamətgahına gələrkən bir fransız əsgər həmin saatı hərbi qənimət kimi götürüb.

Nasistlərin lideri 1945-ci il aprelin 30-da Berlində ölüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…