35 baxış
Bu yazını paylaşın
Dünya

Hindistanın Rusiyadan məhsul idxalı fevral-may aylarında 3,5 dəfə artıb.

25 İyul 2022

2022-ci ilin fevral-may aylarında Hindistanın Rusiyadan məhsul idxalının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 8,6 milyard dollara çatıb.

 TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti Hindistanın Ticarət Nazirliyinə istinadla məlumat yayıb.

Rusiyadan idxalın həcmindəki artım, əsasən neft tədarükü ilə əlaqədardır. Belə ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra bu ölkədən Hindistana neft ixracı 6 dəfə artıb.

Hindistanın Rusiyadan ümumi məhsul idxalı aprel-may aylarında pik həddə çataraq 5 milyard dollar təşkil edib. Hindistan RF-dən neftlə yanaşı, kömür, gübrə və bitki yağı tədarükünü də artırıb.

İdxalın artması fonunda Hindistan aprel-may aylarında öz məhsullarının Rusiyaya ixracını əhəmiyyətli dərəcədə azaldıb. İyun ayında dünya bazarında neft, kömür və qızıl ticarətinin artması səbəbindən Hindistanın ticarət balansındakı kəsiri ötən ilin eyni dövrü ilə (900 milyon dollar) müqayisədə beş dəfədən də çox artaraq 4,8 milyard dollara çatıb.

“The Economic Times” qəzetinin məlumatına görə, Qərbin Moskvaya qarşı sanksiyaları Hindistana Rusiya ixracatçıları ilə sərfəli müqavilələr imzalamağa kömək edib ki, bu da ölkənin iqtisadi maraqlarına uyğundur.

Qeyd edək ki, ötən il Hindistanın Rusiyadan məhsul idxalının ümumi həcmi 12 milyard dollar təşkil etmişdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…