38 baxış
Bu yazını paylaşın
Siyasi

Hindistanın Ermənistana daşıdığı hərbi texnikanın eksklüziv görüntüsü

26 İyul 2023

Hindistan Ermənistan vasitəsi ilə Azərbaycana qarşı cəbhə açır.

Bunu sübut edən eksklüziv kadrlar Caliber.Az tərəfindən əldə edilib.

Belə ki, Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti qeydə alınıb.

Görüntülərdə aydın müşahidə olunur ki, daşınan yükü gizlətmək üçün onun üzərinə göy rəngdə tent atılıb.

Lakin aydındır ki, İrandan Ermənistana daşınan yüklər hərbi məqsədlər üçün nəzərdə tutulub.

“Əldə etdiyimiz məlumata görə, yük İranın Bəndər-Abbas limanına çatdırılıb. Bəs görəsən, təchizatçı kimdir?

İki müstəqil mənbədən əldə etdiyimiz məlumatlara görə, silah göndərən tərəf son vaxtlar Ermənistanla hərbi-texniki əməkdaşlığını sürətlə genişləndirən Hindistandır. Təkcə mətbuatdakı açıq mənbələrdən məlumdur ki, Ermənistanla Hindistan arasında dəyəri 400 milyon dollardan artıq hərbi müqavilə imzalanıb”, – Caliber.Az qeyd edir.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…