27 baxış
Bu yazını paylaşın
Siyasi

Hindistanda daşqınlar nəticəsində 100-dən çox adam ölüb

12 İyul 2023

Hindistanın şimalında yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam ölüb.

Telejurnal  xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.

Hindistanın şimal-şərq bölgələrində leysanlar iyulun 8-də başlayıb, iki amilin – musson yağışları və Aralıq dənizi regionundan rütubətli hava kütlələrinin birləşməsi nəticəsində baş verib. Leysanlar Dehli rayonuna, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryan, Racastan ştatlarına, Cammu və Kəşmirin birlik ərazisinə yağıb. Çərşənbə günündən etibarən Uttarakhandda güclü yağışlar davam edir.

Təbii hadisədən daha çox Himalay dağlarının ətəklərində yerləşən Himaçal-Pradeş əyaləti zərər çəkib. Burada çoxsaylı sürüşmə müşahidə olunub, bir çox yaşayış məntəqələri su altında qalıb. Şimal ştatlarının dağlıq bölgələrində yolların eroziya və su basması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə 300-ə yaxın turist hələ də dağlarda qalıb. Ümumilikdə təbii fəlakət nəticəsində ştatda 80-ə yaxın insan həlak olub, yağışlar praktiki olaraq dayanıb, xilasetmə və bərpa işləri aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…