24 baxış
Bu yazını paylaşın
Dünya

Hindistanda avtobus qəzası nəticəsində azı 16 nəfər həlak olub

04 İyul 2022

Bakı, 4 iyul, TELEJURNAL AZƏRTAC istinadən xəbər verir ki,

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında bu gün səhər saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 həlak olub.

PTI agentliyi xəbər verir ki, sərnişin avtobusu dağlıq ərazidə hərəkət edərkən dərin dərəyə yuvarlanıb. İlkin məlumata görə, sürücü dağ yolunun mürəkkəb hissəsində idarəetməni itirib.

NDTV telekanalının məlumatına görə, avtobusda, həmçinin məktəbə gedən 40 şagird olub.

Xilasetmə əməliyyatı davam edir. Hakimiyyət orqanları ölü sayının artacağını istisna etmirlər. Hindistanın Baş naziri Narendra Modi hadisəni fəlakət adlandıraraq həlak olanların ailələrinə 200 min rupi (təxminən 2,5 min dollar) kompensasiya veriləcəyini bildirib. Yaralananlara isə 50 min rupi (təxminən 600 dollar) ödəniləcək.

Qeyd edək ki, Hindistan ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin sayının ən yüksək olduğu ölkələr sırasında liderlərdən biri olaraq qalır. Rəsmi statistikaya əsasən, 2019-cu ildə ölkənin yollarında baş verən avtomobil qəzaları nəticəsində 151 mindən çox ölüm halı qeydə alınıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…