31 baxış
Bu yazını paylaşın
Siyasi

Hindistan aviaşirkəti gələn aydan Azərbaycana birbaşa uçuşlara başlayacaq

20 İyul 2023

Hindistanın “IndiGo Airlines” şirkəti gələn aydan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsini planlaşdırır.

Telejurnal  Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə məlumat verilib.

Tərəflər münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə Hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə Hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələlərini müzakirə edib.

Bu ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfərdən çox şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.

Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur. Onlar ölkəmizə “Azərbaycan Hava Yolları” QSC-nin Delhi-Bakı-Delhi istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar vasitəsilə gələ bilirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…