42 baxış
Bu yazını paylaşın
İctimai

Himayədar ailənin götürəcəyi uşaq sayına məhdudiyyət qoyulmasının səbəbi açıqlanıb

03 May 2023

Himayədar ailənin götürəcəyi uşaq sayına qoyulan məhdudiyyət məsələsinə aydınlıq gətirilib.

TELEJURNAL-ın  məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 3-də keçirilən iclasında səsləndirilən suallara cavabında bildirib ki, say məhdudiyyəti olmasa ailə evi müəssisəyə çevrilə bilər.

O diqqətə çatdırıb ki, himayədar ailə institutunun əsas məqsədi uşaqların müəssisələrə düşməsinin qarşısını almaqdır: “Biz himayədar ailəyə verilən uşaq sayını məhdudlaşdırmasaq, uşaq sayında artım ola bilər. Misal olaraq, bir ailə 10-15 uşaq himayəyə götürmək istəyə bilər. Bu da faktiki olaraq ailənin müəssisəyə çevrilməsinə gətirib çıxaracaq. Bununla da ana hədəfimizdən yayınmış olacağıq. Yenə də uşağı ailə mühitində böyüdə bilməyəcəyik”.

Nazir müavini qeyd edib ki, himayədar ailəyə verilən uşaqların əlavə idman və digər fəaliyyət növlərinə cəlb olunması maraqlı ideyadır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə böyük rolu olacaq. Valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqlarını maksimal şəkildə sosial tədbirlərə cəlb etməyə çalışırıq”.

V.Nəsirli himayədar ailədə olan uşaqların 18 yaşdan sonrakı aqibəti ilə bağlı məsələyə də aydınlıq gətirib. O söyləyib ki, bu gün qanunvericiliyə uyğun olaraq valideyn himayəsindən məhrum olan 18 yaşdan yuxarı şəxslər nazirlik tərəfindən mənzillərlə təmin olunur

“Hətta məndə olan məlumata görə, valideyn himayəsindən məhrum olan və 18 yaşa çatmış gənclərin hamısı mənzilə təmin etmişik. Proqram davamlı xarakter daşıyır”, – o vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…