67 baxış
Bu yazını paylaşın
Dünya

Hillari Klintonun qalmaqallı elektron məktubları ictimaiyyətdə yayımlanacaq

10 Oktyabr 2020

ABŞ Dövlət Departamenti əvvəllər departamentə rəhbərlik edən Hillari Klintonun elektron poçt yazışmalarının bir hissəsini yayımlayacaq.

Bu barədə ABŞ-ın hazırkı dövlət katibi Mayk Pompeo “Fox News”a müsahibəsində açıqlayıb.

“Elektron məktublar bizdədir. Onları təqdim edəcəyik”, – deyə o bildirib.

Pompeo Klintonun məhz hansı məktublarından bəhs edildiyini açıqlamayıb.

Bunun noyabrın 3-də keçiriləcək prezident seçkilərindən əvvəl olub-olmayacağı ilə bağlı sualı ABŞ xarici işlər qurumunun rəhbəri belə cavablandırıb:

“Bunu ən qısa müddətdə edəcəyik. Düşünürəm ki, seçkilərdən əvvəl insanların görəcəyi nələrsə olacaq”.

“Xatırlayırsınızsa, məxfi məlumatlar xüsusi serverdə idi. Bu belə olmamalı idi. Hillari Klinton bunu etməməli idi. Bu davranış qəbuledilməzdir”, – deyə Pompeo vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildə Klintonun ABŞ Dövlət Departamentinin rəhbəri olduğu dövrdə şəxsi elektron poçtunu rəsmi məqsədlər üçün istifadə etməsi ilə bağlı qalmaqal yaranmışdı. Daha sonra o, bütün iş yazışmalarını (55 min məktub) xarici işlər qurumuna təqdim etsə də, şəxsi məktublarını (30 mindən çox) sildi, bununla da sərt tənqidlərə məruz qaldı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…