25.10.2024 07:27:30
230 baxış
Bu yazını paylaşın
Siyasi

Hikmət Hacıyev: Şuşa şəhəri diplomatik mərkəz rolunda çıxış edir

18 Mart 2022

Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edilir. Azərbaycan 1992-ci ilin martında BMT-yə üzv olub və 2 aydan sonra Şuşa Ermənistan tərəfindən işğal olunub. Bu dövr ərzində işğal altında olan Şuşa şəhəri dağıdılıb, viran edilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib: “Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində digər şəhərlərimiz, digər ərazilərimiz kimi, Şuşa da azad edildi. Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, qarşıdan gələn dövr ərzində BMT-Azərbaycan münasibətlərinin müzakirə olunduğu diplomatik mərkəz rolunda çıxış edir. Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top