56 baxış
Bu yazını paylaşın
Siyasi

Hikmət Hacıyev: “Ermənistan hərbi və mülki insanlar arasında aydın şəkildə fərqləndirmə aparmalıdır”

04 Oktyabr 2020

Ermənilər raketlərdən Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində ölən və yaralananlar olub.

“telejurnal” “Oxu.az”a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistanın mülki obyektləri hədəfə almaqda məqsədi düşünülmüş strategiyanın tərkib hissəsidir:

“Son günlər qorxaq, xain Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşi nəticəsində Azərbaycanın müxtəlif şəhərlərinə və yaşayış məntəqələrinə 10 mindən artıq mərmilər atılıb. Hərbi əməliyyatların gedişində beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına əsasən, hərbi və mülki obyektlər, hərbi və mülki insanlar arasında aydın şəkildə fərqləndirmə aparılmalıdır.

Amma Ermənistanın siyasi-hərbi rəhbərliyi hər hansı sivil dəyər və etik qaydalardan kənar olaraq, bu fərqlərə yol vermədən kütləvi şəkildə Azərbaycanın şəhərlərini bombalamaq siyasətini həyata keçirir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…