36 baxış
Bu yazını paylaşın
Siyasi

Hikmət Hacıyev: Bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir

02 Dekabr 2021

Qırx dörd gün davam edən müharibə nəticəsində Azərbaycan qalib gələrək Cənubi Qafqazda böyük imkanlar açıb. Bizim əsas məqsədimiz bölgədə sülhü bərqərar etməkdir.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib: “Prezident İlham Əliyev məsələni sülh yolu ilə həll etmək istəyirdi. Bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir. Elə ekosistem yaratmaq istəyirik ki, bizə müxtəlif əməkdaşlıq formatları imkanı versin. Cənubi Qafqazda nəqliyyat, ticarət yolları, marşrutlar açıla bilər”.

İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyət nümunələri ilə bağlı vəziyyətə toxunan Hikmət Hacıyev həmin torpaqlarda Azərbaycanın mədəni abidələrinin dağıdıldığını vurğulayıb.

https://azertag.az/xeber/Hikmet_Haciyev_Bizim_esas_meqsedimiz_dayaniqli_sulhu_temin_etmekdir-1940696

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…