49 baxış
Bu yazını paylaşın
İdman

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

15 May 2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib.

Telejurnal  xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə “Sərhədçi” İdman Mərkəzində final oyunu keçirilib.

Həlledici matçda yerli AzTU kollektivi ilə Rusiya təmsilçisi LDU üz-üzə gəliblər. Qonaq komanda qarşılaşmadan 82:58 hesablı qalibiyyətlə ayrılaraq, turnirin qalibi adına yiyələnib.

Üçüncü yer uğrunda oyunda yerli ADBTİA-nı 83:64 hesabı ilə məğlub edən TTK (Türkmənistan) isə bürünc mükafatçı olub.

Turnirin qalibi LDU-ya kuboku elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AzTU-ya gümüş medalları şöbə müdiri Elnur Əliyev, TTK tələbələrinə isə bürünc medalları ABF-nin icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər.

Turnirin ən dəyərli oyunçusu LDU-dan Kiril Lenkin seçilib. Ona mükafatı Azərbaycan Texniki Universitetinin prorektoru Rəşad Əliyev təqdim edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…