40 baxış
Bu yazını paylaşın
Siyasi

Heydər Əliyevin 100 illiyi münasibətilə Cənubi Koreyada tədbir keçirilib

10 May 2023

Seul şəhərində Azərbaycanın Koreyadakı Səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev 100: həyatı və irsi” adlı tədbir keçirib. Telejurnal.az “Report”a istinadən təqdim edir:

Bu barədə səfirlikdən məlumat verilib.

Tədbirdə Koreyanın ictimai-siyasi dairələri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də Koreyada yaşayan Azərbaycan diasporasının üzvləri iştirak ediblər.

Səfir Ramin Həsənov müasir Azərbaycan dövlətinin memarı, görkəmli siyasi xadim Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan danışıb.

O, həmişə Azərbaycanın gələcəyi haqqında düşünən Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində respublikaya başçılıq edərkən Azərbaycanın tərəqqisini hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. 1993-cü ildə Azərbaycanın ən çətin anlarında yenidən hakimiyyətə gələn Heydər Əliyevin ömrünün son 10 ilini Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və çiçəklənməsinə həsr etdiyini vurğulayıb.

Səfir, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutduğunu, böyük nüfuza, şaxələndirilmiş iqtisadiyyata və beynəlxalq arenada söz sahibi olan güc mərkəzinə çevrildiyini diqqətə çatdırıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu bildirib. Qarabağın, xüsusilə Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu vurğulayıb.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı video çarxın nümayişi və peşəkar koreyalı musiqiçilərinin ifasında Azərbaycan və xarici bəstəkarların klassik əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.

Sonda qonaqlara ziyafət verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…