43 baxış
Bu yazını paylaşın
Siyasi

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycan qızılından hazırlanmış pul nişanlarının satışına başlanılıb

10 May 2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq tədavülə buraxılan və yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının mayın 10-dan etibarən satışına başlanılıb.

Bu barədə  AMB-dən məlumat verilib.

Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 troy unsiya (31,1 qram), 1/2 troy unsiya (15,55 qram), 1/4 troy unsiya (7,78 qram), 1/10 troy unsiya (3,11 qram) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.

1 troy unsiya çəkidə olan pul nişanı 100 manata, 1/2 troy unsiya çəkidə – 50 manata, 1/4 troy unsiya çəkidə – 20 manata, 1/10 troy unsiya çəkidə – 10 manatadır.

Qeyd edək ki, yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.

Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışını və geri alışını Mərkəzi Bank hayata keçirəcək

Bu pul nişanlarının satışı Mərkəzi Bankın onlayn satış sistemi (https://coin.e-cbar.az/), Mərkəzi Bankın əhaliyə xidmət kassaları, eləcə də banklar vasitəsilə təmin edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…