217 baxış
Bu yazını paylaşın
İctimai

Heydər Əliyev və müstəqil Azərbaycan mediası

09 May 2023

2023-ci il ölkəmizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilir. Ulu öndər Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə çox şaxəli, uğurlu siyasət həyata keçirir.

Söz, mətbuat azadlığı demokratiyanın göstəricisidir. Azərbaycanda söz, mətbuat azadlığı ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz bir faktdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi.

Ölkəmizdə söz və mətbuat azadlığının parlaq nümunələrindən biri konstitusiyanın 47 və 50-ci maddəsidir ki, hər kəsin bir daha söz və mətbuat azadlığı olduğunu təsdiq edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı fərmanla azadlığımıza kölgə salan senzura ləğv olundu. Bununla da mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoydu.

Tariximizdə iz qoyan Heydər Əliyev mətbuatın gücünü çox gözəl anlayan və jurnalistlərlə işin əhəmiyyətini qəbul edən siyasətçi idi. Məhz bu böyük siyasətçinin milli mətbuatın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə Heydər Əliyev “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. H.Əliyev dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısıdır.

Mükafatın təqdim olunma mərasimində Ulu öndər belə çıxış etmişdi:

“Bu mənim üçün qeyri-adi bir hadisədir. İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar. Mənə 2001-ci ildə Azərbaycanda “Jurnalistlərin dostu” mükafatı verdiklərinə görə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam.”

Heydər Əliyev hər zaman jurnalistlərə xüsusi qayğı göstərib onların əsl dostu oldu.

Ümummilli liderdən miras qalan mətbuat azadlığı, jurnalistlərə qayğını bu gündə cənab prezident İlham Əliyev uğurla davam etdirir.

Mətbuata göstərilən qayğının,dəstəyin nəticəsini 44 günlük müharibədə gördük. Jurnalistlərin informasiya müharibəsində qalib gəlməsi qalibiyyətimizi bütöv etdi.

Rəşadətli Azərbaycan ordusu cəbhədə , peşəkar jurnalistlər isə mediada qalib gəldi.

Asiman Hafizqızı

 

 

 

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…