54 baxış
Bu yazını paylaşın
İctimai

“Heydər Əliyev İli” çərçivəsində Nəsimidə silsilə tədbirlər

31 May 2023

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində rayonda yerləşən 268 nömrəli xüsusi məktəbin uşaqları ilə tədbir keçirilib.

 

“Telejurnal” xəbər verir ki, süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılmış, eyni zamanda uşaqlar müxtəlif oyun elementlərindən istifadə ediblər.

 

Sonda uşaqlara hədiyyələr təqdim olunub.

 

“Heydər Əliyev ili” çərçivəsində Nəsimi rayonunda yerləşən “Zabitlər Bağı”nda da “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

 

Rayonda yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün süfrə təşkil olunmuş, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri təqdim olunub.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi olaraq baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir.

 

Eyni zamanda Nəsimi rayon məktəbliləri arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş mini futbol turnirinin final mərhələsi də keçirilib.

 

Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak ediblər.

 

Turnirdə Nəsimi rayonu üzrə 24 tam orta məktəb və liseyin 7-ci,8-ci sinif şagirdləri (oğlanlar) mübarizə aparıblar.

 

Qalib komandalara diplomlar təltif olunub kubok təqdim edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…