37 baxış
Bu yazını paylaşın
İctimai

Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb

07 Noyabr 2020
Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb

Azərbaycanın dilbər güşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq uslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə məşhur olub. Muğamımızın beşiyi sayılan, Qarabağın dilbər guşəsi Şuşa şəhəri əbədi olaraq Azərbaycanın mədəniyyət məbədidir.

Şuşanı “Şərqin konservatoriyası” və “Azərbaycanın musiqi beşiyi” adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli şair, müğənni, musiqiçi və böyük bəstəkarların Vətənidir. Xurşudbanu Natəvan, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyli və digər dəyərli sənət adamları bu şəhərdə yaşayıb, bu şəhərdə yaradıblar.

Azərbaycanın döyünən qəlbi, Qarabağın mirvarisi Şuşa haqqında musiqi kompozisiyası hazırlanıb. Bakı Media Mərkəzindən “Report”a verilən məlumata görə, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb.

Şuşa haqqında kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Beqimə məxsus olan “Mənim ürəyim Şuşa” adlı mahnının musiqisi məhz Almaniyada yaşayan həmyerlimiz, məşhur skripkaçı Anar Bramo tərəfindən bəstələnib.

Musiqi kompozisiyasının çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirib. Azərbaycan, rus və ingilis dilində hazırlanan musiqi parçasını müvafiq olaraq əməkdar artist Sevda Ələkbərzadə, Orxan Cəlilov və hazırda ABŞ-da yaşayan istedadlı müğənnimiz Ülviyyə Salayeva ifa ediblər. Musiqi kompozisiyasının çəkilişlərində dirijor Fuad İbrahimov və sənətçilər Kənan Bəşirli, Sahib Paşazadə, Anastasiya Avdeyeva, Nicat Məsimov, Naala Baratelia, “Lumineux” vokal-xor ansamblı və Bakı Kamera Orkestrindən ibarət yaradıcı kollektiv iştirak edib.

Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gözəl şəhərdə ermənilər tərəfindən talan olunan mədəniyyət nümunələrimiz, məhv edilən tarixi abidələrimiz bərpa ediləcək. Yenə gözəl Cıdır düzü Azərbaycan igidlərinin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

Şuşa Qarabağdır, Qarabağ isə Azərbaycandır! Şuşa, Vətənini, millətini sevən hər bir Azərbaycan vətəndaşı üçün dogma torpaq, əziz bir şəhərdir. Bu gün hər bir Azərbaycan vətəndaşı digər ərazilərimiz kimi, döyünən ürəyimiz – Şuşanın da azad olunacağı günü səbirsizliklə gözləyir.

3 dildə olan musiqi kompozisiyasını Bakı Media Mərkəzinin rəsmi youtube və digər sosial şəbəkə səhifələrində izləmək mümkündür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…