24 baxış
Bu yazını paylaşın
Siyasi

Heydər Əliyev Ankarada Şuşa salonunda anılıb

09 May 2023

Bu gün Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Şuşa salonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

“Telejurnal”ın məlumatına görə, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Türkiyəyə işgüzar səfər edən Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin təşkilatçılığı ilə baş tutub.

Anma mərasimində TADİV-in rəhbəri, professor Aygün Əttar, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Azəri-Türk İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyə prezidentinin müşaviri Mücahit Küçükyılmaz, Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz, Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfüqar çıxış ediblər.

Çıxışçılar Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dövlətinin keçdiyi inkişaf yolundan, Azərbaycanın xarici ölkələrlə, xüsusilə Türkiyə ilə əlaqələrində Ümummilli Liderin yürütdüyü düzgün siyasətdən bəhs ediblər. Heydər Əliyevin elm, təhsil, müdafiə sənayesi, enerji təhlükəsizliyi, infrastruktur, inşaat, ətraf mühit sahələrində həyata keçirdiyi layihələrdən, milli-mənəvi dəyərlərimizi qorumasından danışılıb.

Tədbirin sonunda bədii proqram keçirilib. Heydər Əliyevin sevdiyi mahnılar ifadə olunub.

Qeyd edək ki, azərbaycanlı nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçiriləcək anım tədbirində iştirak etməklə yanaşı və dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsini ziyarət edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…