208 baxış
Bu yazını paylaşın
Siyasi

Heydər Əliyev adına Hərbi İnstitutda respublika elmi-praktik konfransı keçirilib

19 May 2022

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan postmüharibə dövründə: ordu quruculuğunda yeni yanaşmalar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

TELEJURNAL xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda müxtəlif ali və xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə konfransın təşkilati işləri, mövzusu və əhəmiyyətindən, qəbul edilən elmi məqalələrin aktuallığından, habelə hərbi tədris ocağının digər ali təhsil müəssisələri ilə əməkdaşlığından danışılıb.

Qeyd olunub ki, konfransın əsas məqsədi hərb elminin və elmin digər sahələrinin inkişaf etdirilməsi, ordu quruculuğunda aktual məsələlərin araşdırılması, qoşunların döyüş hazırlığı səviyyəsinin və zabit kadrların hazırlanmasında keyfiyyətin yüksəldilməsidir.

Təşkilat komitəsi təqdim olunan 90-dan artıq məqalədən konfransın mövzusuna uyğun olanları qəbul edib.

Sonda elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…