40 baxış
Bu yazını paylaşın
Siyasi

Hesablama Palatası: “İsrailin Ali Audit Orqanı ilə paralel auditlərin keçirilməsi mümkündür”

28 İyul 2023

Azərbaycan Hesablama Palatası ilə İsrailin Ali Audit Orqanı (AAO) arasında yaxın gələcəkdə Anlaşma Memorandumun imzalanması gündəlikdə duran məsələlərdəndir, bu isə paralel auditlərin keçirilməsi üçün şərait yaradacaq.

TELEJURNAL  xəbər verir ki, bunu Hesablama Palatasının sərdi Vüqar Gülməmmədov Azərbaycan Auditorlar Palatası və İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.

O vurğulayıb ki, bu gün müstəqil Azərbaycan milli maraqlarımıza əsaslanan xarici siyasət yürüdən və beynəlxalq əməkdaşlığa böyük önəm verən bir dövlət kimi, bir çox ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir:” Bu ölkələrdən biri də İsraildir. Bu əməkdaşlığın güclənməsində və dərinləşməsində xalqlarımız arasındakı dərin bağlar da mühüm rol oynayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən İsrail-Azərbaycan əlaqələri daha da möhkəmlənib, iki ölkə arasında diplomatik əlaqələr qurulub və həmin əlaqələr bu gün də uğurla davam etməkdədir”.

V. Gülməmmədovun sözlərinə görə, hazırda Azərbaycan İsrail ilə demək olar ki, bütün sahələrdə səmərəli əməkdaşlıq edir.

O qeyd edib ki, bugünkü memorandumun imzalanması da ölkələr arasında qarşılıqlı əməkdaşlıq fəaliyyətinə nümunə olmaqla, tərəflər arasında yaranan əlaqələrin inkişaf etdiyinin göstəricisidir: “Hesablama Palatası olaraq, biz də İsrail Ali Audit Orqanı ilə əməkdaşlıqda maraqlı olduğumuzu ifadə etmişik.AAO ilə imzalanacaq razılaşma çərçivəsində dövlət sektorunda auditə dair metodologiyaların, sənədlərin bölüşülməsi, paralel auditlərin keçirilməsi ilə yanaşı, auditor peşəsinin inkişafı və kadr hazırlığı sahəsində əməkdaşlığı da nəzərdə tuturuq.

Məlumatımıza görə, İsraildə ictimai (dövlət) sektoru üzrə maliyyə hesabatlarının çərçivəsi İPSAS-a (ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına) əsaslanır, standartlara keçid 2000-ci illərin ortasında başlanılıb, konsolidə edilmiş maliyyə hesabatlarının İsrail Ali Audit Orqanı tərəfindən yoxlanılır, hökumət üzrə konsolidə edilmiş maliyyə hesabatı hazırlanır. Bu sahələr AAO-larımız arasında əlaqələrinin inkişaf etdirilməsi üçün zəmin yaradır”.

Palata sədri deyib ki, maliyyə sahəsində, o cümlədən audit və mühasibat uçotu ilə bağlı kadr potensialının gücləndirilməsi dövlət maliyyəsinin idarəedilməsi üzrə islahatların uğurla reallaşdırılmasına xidmət edir: “Bu gün ölkəmizdə bu sahə üzrə vacib çağırışlardan biri də dövlət sektorunun maliyyə hesabatlılığında beynəlxalq standartlara keçid və hesablama metodunun əhatəsinin genişləndirilməsi ilə bağlıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…